Qusar rayonunda istirahət mərkəzində yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qusar rayonu, Qayakənd kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı taxtadan ibarət kotecin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.