11 İyun 2014 13:04
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1997-сü il təvəllüdlü İlham Imran oğlu Hüseynov Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə batıb.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

İlham Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Naibə


Müəllif: