17 Fevral 2016 14:09
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində evdən xeyli miqdarda pul və qızıl oğurlanıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 28-də rayon Gəncə şəhər sakini Təhminə Yaqubovanın evindən 3000 manat və 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Abdullayev tutulub.

Hacı Zeynalov


Müəllif: