17 Fevral 2016 16:03
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Araz Eyvazovun apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Araz Eyvazovun apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Araz Eyvazov apelyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyevin, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər