Bakının Sabunçu rayonunda xuliqanlıq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsi, Anaşkin küçəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin daxili qoşunlarında sürücü vəzifəsində (maxe) xidmət aparan 1988-ci il təvəllüdlü Ruslan Cavadov döyülüb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət edən Ruslan Cavadov bildirib ki, o, yaşadığı evin yaxınlığında tanımadığı 3 nəfərlə mübahisə edib.
Bundan sonra həmin şəxslər Ruslan Cavadovu döyərək, ona xəsarət yetiriblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov