17 Fevral 2016 18:45
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon sakini İntiqam Babayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün İntiqam Babayevin həyatını xilas etmək mümkün olub.

Polis tərəfindən həyata keçirilən tədbirlə nəticəsində İntiqam Babayevə bıçaq xəsarəti yetirən şəxsin 1993-cü il təvəllüdlü Əli Məmmədov olması müəyyən olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər