18 Fevral 2016 12:10
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsi, Q.Qarayev küçəsi yeni tikilidə qeydə alınıb.

1982-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə döş qəfəsindən və qarın nahiyəsindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün yaralının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: