18 Fevral 2016 15:03
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsi, massiv 8, ev 48 ünvanında qeydə alınıb.

2006-ci ilin yanvarın 3-də dünyaya gələn Bahar Şahin qızı Babayeva beşikdən yıxılıb. O, kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Nevrocərrahiyə şöbəsinə gətirilib.

1 aylıq körpəyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Körpə xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər