18 Fevral 2016 18:07
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Murat Taşkının hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər