Bakının Xəzər rayonunda Özbəkistan vətəndaşlarını heyvandarlıq müəssisəsində qul kişi işlədilməsi faktı aşkar olunub.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Əhməd Babayevin Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən heyvandarlıq müəssisəsində əməliyyat keçiriblər.
Əməliyyat zamanı heyvandarlıq müəssisəsində milliyyətçə özbək olan 2 qadın və 2 kişidən ibarət ailənin 1997-2010-cu illər ərzində məcburi əməyə məruz qalması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov