20 Fevral 2016 14:39
414

Bakıda avtomobillərdən akkumlyator oğurlayan şəxs yaxalanıb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-na keçən gecə Bakı şəhər sakini Yavər Cəfərova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamış paytaxt sakini Vüsal Zeynalzadə tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayının 16-dan 19-dək olan müddətdə daha 3 nəfərə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilib.


Müəllif: