Gündüz saatlarında Yevlax şəhərində yanğın faktı qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Yevlax şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 3 otaqlı mənzilin mətbəxindən keçən elektrik kabeli 1 p.m və pəncərə çərçivəsi yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.