11 İyun 2014 17:18
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hindistan vətəndaşları Raqul Kisor, Arulkumaran Paramasiqan, Nadarjan Tanikasaminin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 205.2.3-cü (saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham edilirlər.

İttihama görə, Hindistan vətəndaşları qiymətli kağız sayılmayan saxta kredit və başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlayıblar. Onların qanunsuz əməlləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyunun 20-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: