Bakının Nizami rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Keşlə qəsəbəsi, ev 26 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Bayram Məhərrəmov dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov