Bakının Nərimanov rayonunda oğurluqla məşğul olan azyaşlılar saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 2002-ci il təvəllüdlü Vüsal Səmədov və Murad Mirzəyev həbs ediliblər.
Azyaşlılar Bakı şəhər sakini Əyyub Abbasova məxsus mağazadan 376 manat oğurlayan zaman tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri zamanı onların Əlikram Hacıyev və Yaşar Bayramova məxsus mağazalardan da oğurluq etmələri müəyyən edilib.
Hacı Zeynalov