Oxşar xəbərlər
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Niyazi Quliyev idarə etdiyi “Daewoo” markalı 60 saylı xətt avtobusla yolu keçən Abşeron rayon sakini İlkin Məmmədovu vurub. İ.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov