Bakının Yasamal rayonu ərazisində iki nəfərin ölümünə səbəb olan faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Ələsgər Hacıyev və Toğrul İbrahimzadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bundan əlavə Gəncə şəhərində Fəzail Məmmədov və arvadı Aybəniz, Bakının Nizami rayonunda isə 1963-cü il təvəllüdlü Bayram Məhərrəmov dəm qazından zəhərlənərək ölüblər.
Hacı Zeynalov