"Latsio"nun prezidenti Klaudio Lotito komandanın yarımmüdafiəçisi Felipe Andersonu satdıqlarını bildirib.
Prezident yerli mətbuata açıqlamasında braziliyalı futbolçunu "Mançester Yunayted"ə satdıqlarını deyib:
"8 milyon avroya aldığımız Andersonu 60 milyon avro qarşılığında "Mançester Yunayted"ə satdım. O, növbəti mövsümdən "Mançester Yunayted"də forma geyinəcək".
22 yaşlı futbolçu "Latsio"ya 2013-cü ildə, "Santos"dan transfer edilmişdi. O, Roma klubunun heyətində cari mövsümdə meydana çıxdığı 33 oyunda 7 qola imza atıb.
Xatırladaq ki, bir müddət öncə "Mançester Yunayted" Anderson üçün 48 milyon avro təklif etsə də, italyanlar bu təkliflə razılaşmamışdılar.