Şəmkir rayonunda silah-sursatla bağlı xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyatı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları keçirib.
Rayonun Zəyəm qəsəbəsində keçirilən əməliyyat zamanı məişət tullantıları sahəsindən nömrəsi silinmiş “TOZ-8” markalı ov tüfəngi və paslanmış “Naqan” tipli tapança, şəhər ərazisindəki məişət tullantıları sahəsindən isə nömrəsi silinmiş “Karabin” markalı silah, “F-1” qumbarası və 915 ədəd patron tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov