23 Fevral 2016 13:34
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda çay evlərindən birində cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə fevralın 22-də qeydə alınıb.

Nəsimi rayonu ərazisində yerləşən çay evlərindən birində 2 nəfər naməlum şəxs Neftçala rayon sakini Elman Quliyevi döyüb. Həmin şəxslər daha sonra Elman Quliyevi bıçaqla hədələyərək, onun 60 manatını və 2 ədəd mobil telefonunu alıblar.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Əliyev tutulub. Cinayətin digər iştirakçısı isə müəyyən edilib. Hazırda onun həbs edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: