Bakıda dələduzluq etdiyinə görə axtarışa verilən qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respuiblikası Cinayət Məcəslləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Yeganə Mehdiyeva tutulub.
Qadın 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirərək mənimsəyib.
Qeyd edək ki, əməliyyat Xətai rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.