Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən qadın həbs edilib.
Teleqraf.com xəbər verir ki, həbs olunan Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Böyükxanım Abbasovadır.
Böyükxanım Abbasovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları keçirib.
Böyükxanım Abbasovanın azərbaycanlı qadınları Türkiyə Respublikasının Çankırı şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov