Bu gün Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İntiqam Əliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə İntiqam Əliyevin şikayəti təmin edilməyib.
İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Hacı Zeynalov