25 Fevral 2016 14:57
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Abşeron rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində Gürcüstan Respublikasında anadan olan Bərxudar Həsənovun Abşeron rayonu Saray qəsəbəsində kirayə yaşadığı ünvanda gizli qurduğu sexdə həmyerlisi Şakir Muradov və Şabran rayon sakini Bəhruz Ömərovla birlikdə kustar üsulla saxta spirtli içkilər istehsal etməsi müəyyən olunub.
Sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya Sever Russian Vodka”, “Finlyandiya”, “Russkiy Standart” araqları, “Jack Daniels”, “Chivas” viskiləri, keyfiyyətsiz spirt, Azərbaycan və Rusiya Federasiyasının saxtalaşdırılmış aksiz markaları, eləcə də spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar götürülüb.

Aşkar edilən spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Ekspertizanın rəyinə əsasən həmin spirtli içkilərin keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə tamamilə yararsız olduğu müəyyənləşib.

Hazırda faktla bağlı Baş İdarədə başlanan araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər