25 Fevral 2016 16:51
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Göyçay rayon sakini Samir Mahmudov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Samir Mahmudova tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub. Hazırda xəstəxanada tibbi yardım alan Samir Mahmudovun vəziyyətinin ağır olduğu bildirilir.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini Feyzulla Qurbanov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: