25 Fevral 2016 17:38
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi, 23 ünvanında qeydə alınıb.

Həmin ünvanda Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Samir Hüseynov naməlum şəxs tərəfindən döyülüb. Naməlum şəxs daha sonra Samir Hüseynova bıçaqla xəsarət yetirib.

Samir Hüseynov 3 saylı şəhər xəstəxanasında tibbi yardım alıb. Hadisə xuliqanlıq zəminində baş verib.

Faktla Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər