26 Fevral 2016 12:24
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda avtomobildə sürücü hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun 20 Yanvar küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus “Mercedes” markalı avtomobilə hücum çəkərək, sürücünü hədələyib. O, daha sonra içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürərək qaçmaq istəyib. Sarif Əliyev qaçarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər