26 Fevral 2016 14:31
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxslər rayon sakini Vəkil Bayramovun evinə girib.

Üzündə maska olan həmin şəxslər ev sahibini hədələyərək, 2 min manatını və qızıl əşyalarını alıb və hadisə yerindən qaçıb. Vəkil Bayramov baş verən hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənlərdən biri Bərdə rayon sakini İsmayıl Tağıyev tutulub. Cinayətin digər iştirakçılarının müəyyən edilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, hadisə fevralın 24-də Bərdə rayonunun Soğanverdilər kəndində qeydə alınıb. Kənd sakini Vəkil Bayramovun evinə girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb, əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar.

Vəkil Bayramov xəsarətlə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəkil Bayramov bildirib ki, gecə iki yaşlı nəvəsinin ağlamaq səsinə oyanıb. Ayağa qalxanda ev sahibi arxadan vurulduğunu və bu zaman evində 3 maskalı şəxs gördüyünü deyib: “Onlara dedim ki, pul istəyirsinizsə, pencəyimin cibində iki min manat var, götürün, bizi öldürməyin. Amma onlar bununla kifayətlənmədilər. Qızılların yerini soruşdular. Dedim ki, oğlumla gəlinim Bakıya gedib, qızıllar onlardadır. Bu zaman onlar mənim və həyat yoldaşımın əlimizi bağlayıb, evi axtarmağa başladılar. Evdə olan əlavə pulu və qızılları götürüb getdilər”.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər