26 Fevral 2016 15:45
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda oğurluq edən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini İlkin Aslanov və Bakı şəhər sakini İmran Süleymanov tutulublar.

Onlar fevralın 19-da rayon sakini Sevil Məmmədovanın həyətindən 2 qoyun və 10 kisə fındıq oğurlamaqda şübhəli biliniblər.

Məlumata görə, İlkin Aslanov və İmran Süleymanov dost olub. İmran fevralın 17-də Xaçmazda yaşayan dostu İlkin Aslanovun evində qonaq olub.

Səhəri gün dostlar oğurluq etmək və pul qazanmaq barədə razılıq əldə ediblər. fevralın 19-da Sevil Məmmədovanın evindən oğurluq ediblər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: