Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun R.Məmmədov küçəsi, 25 ünvanın qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Vasif Məmmədov xuliqanlıq zəminində 1988-ci il təvəllüdlü Namiq Əliyevi döyüb. O, daha sonra özündə olan bıçaqla Namiq Əliyevə xəsarət yetirib.
Namiq Əliyev Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov