26 Fevral 2016 17:13
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 28 yaşlı qadın dostluq etdiyi oğlan tərəfindən şantaj olunub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Məmmədov 1988-ci il təvəllüdlü A. M. ilə cinsi əlaqədə olub.

Şəhriyar Məmmədovla 28 yaşlı qadının münasibəti 2015-ci ilin oktyabrından başlayıb. Təxminən bu ilin fevralın 10-dək olan müddət ərzində dəfələrlə qadınla cinsi əlaqədə olan Şəhriyar Məmmədov hərəkətlərini video çəkiliş edib.

Şəhriyar Məmmədov sonra qadınla cinsi əlaqədə olmasını ailə üzvlərinə deyəcəyi ilə hədələyib. Bundan qorxuya düşən A. M. Şəhriyar Məmmədova 10 min manat verib.

Sonradan yenidən Şəhriyar Məmmədov 28 yaşlı qadını hədələməyə başlayıb. O, yenə də qadından pul və qızıl əşyaları verməsini tələb edib.

Amma bu dəfə qadın Şəhriyar Məmmədovun barəsində hüquq-mühafizə orqanlarına müraciət etməli olub. A. M. fevralın 25-də Şəhriyar Məmmədovun hərəkətlərindən Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər