Bakının Sabunçu rayonunda 21 yaşlı qız itkin düşüb.
Teleqraf.com xəbər verir ki, rayonun Ramana qəsəbəsi, 1-ci sahə, yeni tikilidə yaşayan 1995-ci il təvəllüdlü Aişə Telman qızı Məmmədova evdən çıxıb.
Fevralın 9-da, saat 2325 radələrində evdən çıxan Aişə Məmmədova bir daha geri qayıtmayıb. İtkin düşən qızın valideynləri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət ediblər.
Hazırda qızın tapılması üçün tədbirlər görülür.
Hacı Zeynalov