Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Tahir Kərimov özünü yaşadığı evdə asaraq ölüb. Tahir Kərimovun hansı səbəbdən intihar etdiyi hələki məlum deyil.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov