Bakıda xarici ölkə vətəndaşı arvadı tərəfindən döyülüb.
“Report”un xəbərinə görə, Böyük Britaniya vətəndaşı, 1971-ci il təvəllüdlü Alan Vilson Aleksandr Spenser polisə ərizə ilə müraciət edərək arvadı tərəfindən döyüldüyünü bildirib.
Britaniya vətəndaşı ərizəsində qeyd edib ki, müvəqqəti yaşadığı İzmir küçəsi 1033-də yerləşən “Hyatt Regency” mehmanxanasında arvadı, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Alisa Dmitriyevna Dyumina onu döyərək xəsarət yetirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsində (PB) araşdırma aparılır.