21 Aprel 2014 12:49
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Sabirabad şəhər sakini Talıb Hüseynovun idarə etdiyi “VAZ-2106” və Qəzli kənd sakini Hidayət Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Talıb Hüseynov hadisə yerində ölüb, Hidayət Əhmədov və sərnişini, həmkəndlisi Eldəniz Mustafayev xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: