Bakının Xəzər rayonunda dövlət obyektindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-na keçən gecə Binə qəsəbəsi ərazisində “Bakı Abadlıq” ASC-yə məxsus 800 metr elektrik kabeli oğurlamış qəsəbə sakini Ehtibar Mikayılov tutulub.
Bundan başqa, Quba rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da rayon Abadlıq və işıqlandırma İdarəsinə məxsus 538 metr elektrik kabeli oğurlamış Timiryazev qəsəbə sakini Şəval Ağayev saxlanılıb.
Hacı Zeynalov