Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Zabrat-Maştağa şossesində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Bilgəh qəsəbəsi sakini, 1984-cü il təvəllüdlü Bəxtiyar Zodanov “Ayşən” LTD şirkətinə məxsus “Daevo” markalı marşurut avtobusu ilə hərəkətdə olan zaman idarə etməni itirib və yol kənarında olan ağaca çırpılıb.
Nəticədə yol kənarında olan avtobus yol kənarında dayanan Maştağa qəsəbəsi sakinləri 2006-cı il təvəllüdlü Ələm Cəfərzadə, 2009-cu il təvəllüdlü Nicat Kərimovu vurub. Həmçinin avtobusda olan sərnişin – Zabrat qəsəbəsi sakini, 1958-ci il təvəllüdlü Məleykə Əsədova xəsarət alıb.
Ələm Cəfərzadə hadisə yerində dünyasını dəyişib, Nicat Kərimov və Məleykə Əsədova isə 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Onlara tibbi yardın göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov