Ağdam rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Təzəkənd qəsəbəsində qeydə alınıb. Belə ki, Fərəcov Seymur Fərəc oğlu bıçaq yarası ilə Quzanlı qəsəbəsindəki Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq, yaralı aldığı zərbələrdən dünyasını dəyişib. Hadisə şahidlərinin bildirdiyinə görə, onu öz qardaşı oğlu bıçaqlayıb.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Xalid Salmanbəyli