Bakının Sabunçu rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Qarabağ” kafesində qeydə alınıb.
Həmin kafedə Şuşa şəhərindən məcburi köçkün düşmüş, 1973-cü il təvəllüdlü Hikmət İbrahimov döyülüb. Hadisə zamanı xəsarət alan Hikmət İbrahimov xəstəxanada müayinə olunub.
Hikmət İbrahimov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onu kafedə Mehman kimi tanıdığı şəxs döyüb. Hadisə zamanı hər iki şəxs sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov