2 Mart 2016 14:52
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə martın 1-də, gecə qeydə alınıb.

Lerik rayonunun Veri Əliabad kəndində Seyid Qurbanovla həmkəndlisi Adil Rəhimovun arasında mübahisə düşüb. Mübahisə zamanı Adil Rəhimov Seyid Qurbanovu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Seyid Qurbanova tibbi yardım göstərilib.

Cinayəti törədən Adil Rəhimov səhər saatlarında kənd qəbristanlığına gəlib və orada şəhid qardaşının məzarı üstündə özünü güllələyərək ölüb.

Lerik rayon Polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, baş verən cinayət hadisəsi ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər