12 İyun 2014 15:23
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu Zığ qəsəbəsində yerləşən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai rayonu Zığ qəsəbəsində yerləşən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən 143 kiloqram mis naqil oğurlanıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin kimliyi məlum olub. Keçirilən əməliyyat zamanı orada sürücü işləyən Bakı şəhər sakini Xanlar Əzizov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: