Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Sərxan Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin iyulun 10-da Xanlar Ələkbərov küçəsi-25 in qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Sərxan Elxan oğlu Bağırov idarə etdiyi “İSUZU” markalı, 90-TV- 785 dövlət nömrə nişanlı 213 saylı xətt üzrə hərəkət edən avtobusla piyada 1958-ci il təvəllüdlü Tamella Murtuz qızı Babayevanı vurub. Piyada 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yol qəzasını törədən sürücü S. Bağırov tutulub.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sərxan Bağırov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov