4 Mart 2016 11:17
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Sevda Əmirova Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə ərizə ilə müraciət edərək, dələduzluqla üzləşdiyini bildirib.

Sevda Əmirova bildirib ki, Maştağa qəsəbəsi bələdiyyəsinin Faiq adlı işçisi torpaq satmaq adı ilə ondan 3 min manat alaraq dələduzluq edib. Sevda Əmirova qeyd edib ki, Faiq ondan pulu 2007-ci ilin oktyabrın 25-də alsa da, vədinə əməl etməyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər