4 Mart 2016 11:56
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Şahin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. Şahin Heydərovun yanında olan xanım olub və bu zaman rayon sakini Azad Quliyev bu qadına baxıb. Bunu özünə həzm edə bilməyən Şahin Heydərov Azad Quliyevlə mübahisə edib. Mübahisə qanlı hadisəyə səbəb olub. Şahin Heydərov Azad Quliyevi bıçaqlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahim Heydərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər