Gəncə şəhərində mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, martın 2-də Gəncə şəhər sakini Ərşad Zərgərova məxsus mağazadan 300 manat, spirtli içki və tütün məmulatı oğurlayıb.
Naməlum şəxs törətdiyi cinayətin izini itirmək məqsədilə mağazanı yandırmaq istəyib. O, bu məqsədlə mağazaya yanğın salıb. Amma yanğının qarşı alınıb.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Zeynalov tutulub.
Hacı Zeynalov