4 Mart 2016 17:59
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Nicat İsmayılov, Samir İsayev və Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin martın 24-də Bakı şəhər sakini Rüzigar Əliyev Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və 19000 ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, Bakı şəhər sakini Səbuhi Əliyevə verib.

Aparılmış araşdırmalarla Bakı şəhər sakini Səbuhi Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə Güləri aldadaraq qeyd edilən pulu və qızıl əşyanı alması müəyyən edilib.

Həmçinin, Nicat İsmayılovun əldə olunmuş puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanıb əl-qolu bağlanılaraq Binəqədi rayonu ərazisindəki otellərdən birində saxlanılması, lakin onun bir gün sonra oradan qaçması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səbuhi Əliyev, Samir İsayev və Nicat İsmayılov tutulublar.

Məhkəmənin hökmü ilə Nicat İsmayılov və Samir İsayevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Səbuhi Əliyev isə məhkəmə zalında həbs edilib. O, 7 il müddətinə azadlıqdan məhrum olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər