7 Mart 2016 11:41
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Rəşid Məmmədov özünü yaşadığı evin yataq otağında asaraq ölüb. Rəşid Məmmədovun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər