Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Həsənzadədən 100 qram marixuana götürülüb.
Onun Pirşağı qəsəbəsindəki yaşadığı evə baxış zamanı əlavə 2 kiloqram marixuana aşkar edilib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 5-də Aygün Babayevanın evindən qızıl əşyalar, habelə yanvar və feral ayları ərzində Balaxanı qəsəbə sakinləri olan daha 2 nəfərin evlərindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov