Bakının Suraxanı rayonunda mağazadan oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi və Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Amil Həşimov tutulub.
Amil Həşimov ötən il dekabrın 25-də Ramil Kərimova məxsus mağazadan mobil telefon və danışıq kartları oğurlayıb. O, cinayəti törədəndən sonra yaşadığı Göyçay rayonuna qaçıb. O, dünən Göyçay rayonunda həbs edilib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il yanvarın 17-də Abdulbağı Aslanova məxsus kompyuter salonundan oğurluq etməsi də müəyyən edilib.
Hacı Zeynalov