9 Mart 2016 13:32
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda yaşayış evinə silahlı basqın olub.

Teleqraf.com xəbər verir ki, rayon sakini Mina Məhərrəmovanın evinə girən naməlum şəxslər qadını əllərində olan tapançaya oxşar alətlə hədələyiblər.

Onlar qadının 160 manat və 1500 manat dəyərində qızıl əşyalarını alaraq gediblər. Həmin şəxslərin üzlərində maska olub. Quldurluqla üzləşən qadın Goranboy rayon polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Gürcüstan vətəndaşı Mahmud Xanov və Gəncə şəhər sakini Ayaz İsgəndərov tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər